SƏNAYE

14 Yanvar

Neft Emalı zavodu “YAŞAT” Fonduna 200 min manata yaxın vəsait köçürüb

Bakı, 14 yanvar Fins.az

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı zavodu  “YAŞAT” Fonduna  Trestin əməkdaşları tərəfindən könüllü olaraq 2020-ci ilin dekabr ayı üzrə vəzifə maaşlarının 10%-i həcmində, 195.136 manat vəsait köçürüb.

Fins.az xəbər verir ki, 2020-ci ildə COVID-19-la mübarizə tədbirləti çərçivəsində yaradılan Koronovirusla Mübarizəyə Dəstək Fonduna NEZ-in işçiləri tərəfindən 34.591 manat, Silahlı Qüvvələrə Yardım Fonduna isə 235.320 manat məbləğində vəsait köçürülüb.

Qeyd edək ki, Heydər Əliyev adına Neft Emalı zavodunun 25 əməkdaşı torpaqlarımızın işğaldan azad olması uğrunda gedən Vətən müharibəsində iştirak etmiş, onlardan bir nəfər şəhid olub. 

Müəllif: Aynur Qəniyeva