SƏNAYE

13 Yanvar

“SOCAR Construction” Mozır neft emalı zavodun bu qurğunun montajını uğurla başa çatdırdı

Bakı, 13 yanvar Fins.az

“Mozır NEZ” ASC Belarus Respublikasının ikinci ən iri neft emal zavodu olaraq, son illərdə regionda icra olunmuş ən böyük miqyaslı tikinti layihəsi hesab olunur.

Fins.az-a daxil olan məlumata görə, zavodun əsas obyektlərindən biri olan, ağır neft qalıqlarının hidrokrekinqi Kompleksində montaj işlərinə 2019-cu ilin avqust ayında start verilmişdir.

Xüsusi çətinliyi ilə seçilən montaj işlərinin icrası üzrə nəzəriyyəçi və praktiklərin böyük əksəriyyəti hidrokrekinq Kompleksini əsaslı olaraq əsl Meqalayihə kimi qiymətləndirirlər. MDB ərazisində analoqu olmayan bu meqa qurğudan dünyada cəmi 8-i mövcuddur.

Bu layihənin məsuliyyət dərəcəsini, habelə Belarus Respublikasının rəhbərliyi tərəfindən təyin olunmuş çox qısa vaxt məhdudiyyətini nəzərə alaraq, layihə işlərinin icrası üçün yalnız qüsursuz biznes-reputasiyasına malik ən yaxşı xidmət təchizatçıları seçilmişdi. Kompleksin inşasında iştirak üçün seçilmiş şirkətlərin sırasında “SOCAR Construction” şirkəti də olub. “SOCAR Construction” şirkəti texnoloji boru kəmərlərinin bütün montaj işlərini, o cümlədən boru kəməri armaturunun montajını, iriləşdirici yığma işlərini və termik emalı, qaynaqlanmış birləşmələrin müdaxiləsiz yoxlanılmasını, lak-boya örtüyünün vurulmasını, hidravlik və pnevmatik sınaq işlərini həyata keçirib. 

Müəllif: Aynur Qəniyeva