SƏNAYE

11 Yanvar

İraq neftin qiymətini QALDIRDI

Bakı, 11 yanvar Fins.az

Səudiyyə Ərəbistanından sonra İraq xam neft qiymətlərini Asiya bazarında qaldırıb. İraq ABŞ-a neft ixracatını artıraraq Avropaya tətbiq olunan bütün tarifləri azaldıb.

Fins.az -ın məlumatına görə, xəbərə, neft qiymətləri proqnozunu artıracaq yeni bir xəbər əlavə edilib.

Səudiyyə Ərəbistanından sonra İraq da bəzi xam neft tariflərinin qiymətini artırmağa qərar verib. OPEC-in ikinci ən böyük istehsalçısı olan İraq, Bəsrə yüngül xam neft qiymətlərini Asiya bazarında Fevral ayı üçün 70 sent artırıb. 

Ölkə eyni zamanda Səudiyyə Ərəbistanından sonra sentyabr ayında qiymətlərini artırmağa qərar verib.

Neft ixrac edən ölkələrin yeni endirimləri və qiymət artımları qiymətləri də təsir etməyə başlayıb. Brent markalı neftin qiyməti yenidən 55 dollardan yuxarı qalxıb.

Səudiyyə Ərəbistanı yeni ilin ilk həftəsində neft hasilatında əlavə olaraq azaldıb. Buna görə Səudiyyə Ərəbistanı Enerji naziri Selman, Səudiyyə Ərəbistanının OPEC + ölkələrinin iqtisadiyyatlarına dəstək vermək üçün fevral və mart aylarında əlavə 1 milyon barel neft hasilatını könüllü olaraq azaldacağını açıqlayıb.

Müəllif: Aynur Qəniyeva