SƏNAYE

08 Yanvar

SOCAR 2021-ci ildə Ukraynada sosial və mədəni layihələrə sərmayə qoyuluşunu davam etdirəcək

Bakı, 8 yanvar Fins.az

“SOCAR Energy Ukraine” şirkəti Ukraynada həyata keçirilən sosial və mədəni layihələrə sərmayə qoyuluşunu davam etdirir.

Şirkətdən verilən məlumata görə, SOCAR Ukraynada sosial və mədəni həyatın inkişafına 6 milyon dollardan çox sərmayə qoyub. “SOCAR Energy Ukraine” bu il də yeni sosial və mədəni layihələri maliyyələşdirməyi planlaşdırır. Bu layihələrə Azərbaycan dilinin, milli mətbəxinin, musiqisinin təbliği də daxildir.

Qeyd edək ki, SOCAR Ukraynadakı fəaliyyətini “SOCAR Energy Ukraine” şirkəti vasitəsilə həyata keçirir. Bu şirkət 2009-cu il dekabrında yaradılıb. Şirkətin əsas fəaliyyəti neft məhsullarının topdan və pərakəndə, təbii qazın və aviasiya yanacağının topdan satışını həyata keçirməkdən ibarətdir. SOCAR tərəfindən şirkətə fəaliyyətə başladığı dövrdən etibarən ümumilikdə 300 milyon dollardan çox sərmayə yatırılıb.