SƏNAYE

07 Yanvar

Pərviz Şahbazov: Azərbaycan 2020-ci ildə qaz ixracını 16,9% artırıb

Bakı 7 Yanvar Fins.az

2020-ci ildə OPEC+ məhdudiyyətləri çərçivəsində Azərbaycanda neft hasilatı 8,2% azalıb.

Fins.az xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə deyib 

OPEC+ məhdudiyyətləri çərçivəsində neft hasilatımız keçən il 8,2% azalıb. Amma, eyni zamanda, qaz ixracı 16,9% artaraq 13,8 milyard kubmetr təşkil edib. 2020-ci il dekabrın 31-dən ilk dəfə TAP vasitəsilə kommersiya qazının Avropaya nəqlinə başlanılıb. Hazırda İtaliyaya gündəlik 10,5 milyon kubmetr, Yunanıstana 2 milyon kubmetr, Bolqarıstana isə 1 milyon kubmetr qaz ixrac edilməkdədir.

O əlavə edib ki, 2020-ci ildə elektrik enerjisinin ixracı 1,15 milyard kilovat-saat olub.