SƏNAYE

05 Yanvar

Azəri-Çıraq-Günəşli yatağında neft hasilatını azalacaq 

Bakı, 5 Yanvar Fins.az

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2021-ci il büdcəsi üzrə Hesablama Palatasının çıxardığı nəticəyə əsasən, Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokundan neft hasilatı 2021-ci ildə 171,6 milyon barel təşkil edəcək.

Bildirilir ki, 2021-ci ildə AÇG-də neft hasilatının 171,6 milyon barel olacağı proqnozlaşdırılır ki, bu da 2020-ci ilin planlı göstəricisindən 3 milyon barel azdır. Eniş neft hasilatının azalması ilə əlaqəli olacaq

Əvvəlcədən xəbər verildiyi kimi, Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, 2020-ci ilin yanvar-noyabr aylarında AÇG yataqları blokunda neft hasilatı 21,6 milyon ton təşkil edib.