SƏNAYE

05 Yanvar

Azərbaycanda benzin niyə bahalaşdı?-Tarif Şurası rəsmisinin açıqlaması VİDEO

Bakı 05 yanvar 2021-ci il Fins.az

Tarif (qiymət) Şurasının katibi Ceyhun Nəcəfov şuranın yanvarın 4-də keçirilmiş iclasında verilən qərarı şərh edib.

Fins.az C.Nəcəfovun şərhini təqdim edir.

Qeyd edək ki, 4 yanvar 2021-ci il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb.