SƏNAYE

21 Dekabr

“Azəri-Çıraq-Günəşli” də nə qədər neft hasil edilib? 

Bakı 21 dekabr Fins.az

Respublika üzrə neft hasilatının 21,6 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 3,2 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 6,8 milyon ton təşkil edib.

Fins.az xəbər verir ki, 2023-cü ildə “Azəri-Mərkəzi-Şərqi” layihəsindən ilk hasilatı əldə etmək üçün həyata keçirilən mühəndis və tədarük işləri qrafikə uyğun davam edir.

AÇG-də iştirak payları: bp (30,37%), SOCAR (25,0%), MOL (16 aprel 2020-ci il tarixindən Şevron şirkətini əvəz edib) (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGC Videş Limited (OVL) (2,31%).

AÇG üzrə hasilatın pay bölgüsü haqqında sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.