SƏNAYE

18 Dekabr

Gürcüstan SOCAR-dan güzəştli tarif ilə 200 milyon kubmetr “sosial” qaz alacaq

Bakı 18 dekabr Fins.az

SOCAR şirkəti və Gürcüstan hökuməti güzəştli şərtlərlə Azərbaycandan 200 milyon kubmetr təbii qazın tədarükünə dair razılığa gəliblər.

Fins.az xəbər verir ki, bu barədə Gürcüstan Nazirlər Kabinetinin saytında məlumat verilir.

“Sazişi cümə axşamı SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natiya Turnava və Gürcüstan neft-qaz korporasiyasının baş direktoru Georgi Baxtadze imzalayıbar. Sənədə əsasən, SOCAR güzəştli tarif ilə 200 milyon kubmetr “sosial qaz”ı Gürcüstana satacaq”, - məlumatda qeyd olunur.

Saziş imzalanmadan öncə Abdullayev Gürcüstanın baş naziri Georgi Qaxariya ilə görüş keçirib. SOCAR-ın Gürcüstanda reallaşdırdığı investisiya layihələrinə və gələcəkdə əməkdaşlığın dərinləşməsi perspektivlərinə diqqət arıllıb.

“Görüş zamanı vurğulanıb ki, Şahdəniz yatağından qazın Avropa bazarına tədarükün nəzərdə tutan Cənub Qaz Dəhlizinin son komponentinin başa çatması ilə Gürcüstan ərazisi ilə daha çox həcmdə Azərbaycan qazı keçəcək. Eyni zamanda, ölkə tələbatının ödənilməsi məqsədilə daha sərfəli qiymətə Azərbacan qazı ala biləcək”, - məlumatda qeyd olunur.