2020-ci ilin on bir ayı üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, noyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2120,57 mln. kVt·st, ixracı 89,14 mln. kVt·st, idxalı 10,6 mln. kVt·st olub.
Fins.az xəbər verir 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə noyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 59,3 mln. kVt·st, ixrac 45,56 mln. kVt·st azalıb, idxal isə 3,0 mln. kVt·st artıb.
Cari ilin yanvar-noyabr aylarında isə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 197,7 mln.kVt·st azalaraq 23421,9 mln. kVt·st olub. Hesabat dövründə ötən ilin 11 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 273,8 mln. kVt·st artaraq 22092,3 mln. kVt·st, SES-lərdə 470,8 mln. kVt·st azalaraq 1013,3 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 0,8 mln. kVt·st azalaraq 316,3 mln. kVt·st olub. Bu dövrdə Külək Elektrik Stansiyalarında 88,83 mln. kVt·st, Günəş Elektrik Stansiyalarında 45,09 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 182,4 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Yanvar-noyabr aylarında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 20878,2 mln. kVt·ts (İES-lərdə 20036,5 mln. kVt·st, SES-lərdə 841,7 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 397,0 mln. kVt·st (İES-lərdə 205,7 mln. kVt·st, SES-lərdə 152,0 mln. kVt·st, Günəş ES-də 39,4 mln. kVt·st), Müstəqil Elektrik Stansiyaları üzrə 2077,5 mln. kVt·st, “Azərişıq” ASC üzrə Külək Elektrik Stansiyalarında isə 69,2 mln. kVt·st təşkil edib.
Bu dövrdə elektrik enerjisinin ixracı 990,24 mln. kVt·st olmaqla, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 254,76 mln. kVt·st, idxalı isə 125,6 mln. kVt·st olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 2,8 mln. kVt·st azalıb.