SƏNAYE

16 Dekabr

Azərbaycan və Türkiyə İqdır-Naxçıvan qaz kəmərinin tikintisnə dair razılığa gəlib

 Bakı 16 dekabr   Fins.az

İqdır-Naxçıvan qaz kəməri Türkiyədən Naxçıvan Muxtar Respublikasına illik 500 milyon kubmetr qaz tədarükünü nəzərdə tutur.

Fins.az xəbər verir ki, u barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fateh Dönməz deyib

“NMR-yə təbii qaz tədarükü üzrə anlaşma Memorandumunun imzalanması bu layihənin rellaşdırılmasında ilk addımdır. Bu layihənin qısa müddətdə reallaşcağına ümid edirik”, - Dönməz çərşənbə axşamı Memorandumun imzalanma mərasimindən öncə bildirib. 
O məlumat verib ki, İqdır-Naxçıvan qaz kəmərinin tikinti layihəsi əhalisi 500 min nəfər təşkil edən NMR-nin əhalisinin illik 500 milyon kubmetr həcmində qaza tələbatını tam həmcdə təmin etməyə imkan yaradacaq.
“Bu qaz kəməri ilə Türkiyədən Azərbaycan qazı Naxçıvana ixrac olunacaq. SOCAR və BOTAS şirkətləri bu layihənin reallaşdırılması ilə məşğul olacaq, Azərbaycan Energetika Nazirliyi və Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyi isə bu layihəınin uğurla həyata keçirilməsi üçün səy göstərəcək”, - Dönməz bildirib.
O məlumat verib ki, İqdır-Naxçıvan qaz kəmərinin Türkiyə ərazisində uzunluğu təxminən 85 km təşkil edəcək. Həmçinin, layihə çərçivəsində daha bir qaz ölçmə stansiyanın tikintisi planlaşdırılır.
“Bu layihə Azərbaycanla Türkiyə arasında qardaşlıq və starteji tətəfdaşlığı möhkəmləndirəcək”, - nazir bildirib