SƏNAYE

11 Dekabr

“Aydın Məmmədov” kran gəmisi təmir olunub

Bakı 11dekabr   Fins.az

 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının “Aydın Məmmədov” kran gəmisinin təmir işləri başa çatıb.

Fins.az xəbər verir ki,“Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılan təmir müddətində 40 ton yükqaldırma qabiliyyətinə malik kran, baş mühərriklər, nasoslar, boru sistemləri təmir edilib, köməkçi mühərriklər sazlanıb. Dənizçilərin yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalarda təmir işləri aparılıb.

Gəmi tərsanəyə qaldırılıb, sualtı və suüstü hissələri təmizlənərək rənglənib. Gövdənin sualtı və suüstü hissəsində zədələmnmiş sahələr dəyişdirilib.  Bundan başqa, gəminin hərəkət-sükan kompleksi, dib-yan armaturları, protektor qurğuları təmir olunub.

Təmirdən sonra “Aydın Məmmədov” kran gəmisi dəniz sınağına çıxarılıb. Sınaq işləri uğurla başa çatıb və gəmi yenidən istismara qaytarılıb.