Bakı, 08 dekabr Fins.az
Qazandığı zəngin təcrübəsini bölüşmək və amerikalı müştərilərə geniş spektrli xidmətlər təklif etmək üçün “Nobel Oil Services” ABŞ bazarına daxil oldu.
Neft və qaz sənayesinə şaxələndirilmiş kompleks xidmətlər göstərən şirkətlər qrupu olaraq “Nobel Oil Services” yeni bazarların daha da inkişaf etdirilməsi, fəth edilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində daima iş aparır. Ötən illər ərzində qrup “KCA Deutag” və “Wood Group” daxil olmaqla dünyanın bir neçə enerji xidməti nəhəngləri ilə Xəzəryanı bölgədə fəaliyyət göstərən bir neçə müştərək müəssisə vasitəsilə güclü tərəfdaşlıq formalaşdırdı.
İnkişaf strategiyasının bir hissəsi olaraq “Nobel Oil Services” bu yaxınlarda ABŞ-ın “GOES” şirkəti ilə əməkdaşlığa dair razılığa gəldi.
“Nobel Oil Services” azərbaycan təcrübəsini ABŞ-a ixrac edəcək ki, bu da qrupumuz üçün mühüm inkişaf mərhələsi və həqiqətən tarixi bir andır” – “Nobel Oil Services” və “NEQSOL Holding”in təsisçisi Nəsib Həsənov bildirdi.
“GOES ilə əməkdaşlıq həyata keçirdiyimiz fəaliyyətləri şaxələndirmək və həm ABŞ bazarına, həm də ABŞ bazarının hüdudlarından kənara yüksək keyfiyyətli xidmətlər təqdim etmək üçün gələcəyə strateji baxışımızın bir hissəsidir” – “Nobel Oil Services” şirkətinin baş icraçı direktoru Vüqar Səmədli qeyd etdi.
Yeni tərəfdaşlıq artıq həm ABŞ-da quruda həm də Meksika körfəzində dəniz şəraitində fəaliyyət göstərən müştərilərə tullantıların təmizlənməsi xidmətlərini təklif edir. GOES/Nobel Oil “Exxon”, “Shell”, “Chevron” və “Occidental” daxil olmaqla lakin onlarla məhdudlaşmamaqla ABŞ-ın bütün iri şirkətləri ilə xidmətlərin göstərilməsi haqqında ana sazişlərdən faydalanmaq əzmindədir. Xüsusi olaraq xidmətlər bir pəncərə sistemi vasitəsilə avadanlıq, obyekt və qurğulara texniki xidmətləri, EPC və EPCM üzrə layihə idarəetmə xidmətləri və təchizat zənciri idarəetməsini əhatə edəcəkdir. Yeni tərəfdaşlıq neft-qaz sənayesində fəaliyyət göstərən daha çox müştəriyə xidmət göstərməklə Şimali və Cənubi Amerika boyunca ABŞ-da “Nobel Oil Services”in iştirakını genişləndirməyi hədəfləyir. Bundan əlavə, tərəfdaşlıq azərbaycanlı mütəxəssislərin xaricə ezam olunub çalışmalarına da imkan verəcəkdir.
“Nobel Oil Services” neft və qaz sənayesində ixtisaslaşmış çoxşaxəli şirkətlər qrupudur. Qrup qazma, tikinti və layihə idarəetmə xidmətləri, avadanlıqlara texniki xidmət, satınalma (təchizat) və layların neftverimliliyinin artırılması xidmətlərini göstərir. “Nobel Oil Services” “NEQSOL Holding”in bir hissəsidir.