SƏNAYE

08 Dekabr

GECF: Qarşımızda qaz bazarını tənzimləmək vəzifəsi durmayıb

Bakı, 08 dekabr Fins.az

Hazırda Qaz İxrac edən Ölkələr Forumunun (GECF) qarşısında Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) analoqu ilə qaz bazarını tənzimləmək vəzifəsi durmayıb. Forum qaz istehsalçıları və istehlakçıları arasında müzakirə platforması funksiyasını yerinə yetirir.

Rusiya mətbuatının verdiyi məlumata görə, bunu GECF-in Baş katibi Yuri Sentyurin deyib.

"OPEC-dən fərqli olaraq, bu gün GECF-in qarşısında qaz bazarını tənzimləmək, iştirakçı ölkələrin ixrac və ya qiymət siyasətlərinə təsir etmək vəzifəsi durmur", - Y. Sentyurin qeyd edib.