Bu ilin noyabr-dekabr aylarında spot razılaşması çərçivəsində Belarus 160 min ton “Azəri Layt” nefti alıb.
Fins.az xəbər verir ki, bu barədə “Belneftexim” konserninin mətbuat katibi Aleksandr Tişenko bildirib.
Onun sözlərinə görə, hazırda söhbət “Azəri Layt” yüngül markalı neftin spot satışlarından gedir:
“Noyabr-dekabr ayları ərzində hər biri 80 min ton olan neft həcmləri alınıb”.
Mətbuat katibi qeyd edib ki, hazırkı parametrlərdə yüngül neftin istifadəsi yüngül neft məhsullarının məhsuldarlığını artırmaq üçün effektiv bir yoldur.
Qeyd edək ki, “Belneftexim” konserni 2020-ci ildə Azərbaycan Dövlət Neft Şirkətin (SOCAR) Belarus neft emalı zavodlarında emal edilməsi üçün 1 milyon tona qədər neft nəql etməyi planlaşdırır. İndiyə qədər bu il ərzində Belarusa 650 min ton civarında Azərbaycan nefti göndərilib.