SƏNAYE

07 Dekabr

Sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı həll edilməmiş müracətlərin sayı AÇIQLANIB

Sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı Texniki Şuralara 182 müraciət daxil olub.

Fins.az xəbər verir ki, bu barədə Enerji Məsələlərini Tənzimləmə Agentliyi məlumat yayımlayıb

Məlumata görə, bu müraciətlərdən 181-i müsbət həll edilib, 1 müraciət isə təqdim edilmiş sənədlərdə uyğunsuzluqlar səbəbindən baxılmamış saxlanılıb.

Qeyd edilib ki, müraciətlərə Bakıda və regonlarda yerləşən 16 “ASAN xidmət" və “ASAN Kommunal” mərkəzində və Xaçmaz KOB evində (Kiçik və orta biznes evləri) fəaliyyət göstərən Texniki Şuralarda baxılıb.