SƏNAYE

03 Dekabr

SOCAR ötən il "Petkim"ə 120 mln. dollar investisiya yatırıb

Ötən il "Petkim" neft-kimya kompleksinə (əsas payı SOCAR-a məxsusdur – red.) 120 mln. ABŞ dolları məbləğində investisiya qoyulub.

Məlumata görə, bu barədə SOCAR-ın 2019-cu ilin nəticələrinə dari dərc etdiyi "Davamlı inkişaf" adlı hesabatda deyilir.

SOCAR tərəfindən 2008-ci ildə səhmlərinin 51%-i alınan "Petkim" neft-kimya kompleksi Türkiyədə ilk və yeganə inteqrasiya olunmuş neft-kimya zavodudur. Türkiyə neft-kimya bazarının ən etibarlı tədarükçüsü olan "Petkim"in 15 əsas və 6 köməkçi müəssisəsində 60-a yaxın neft-kimya məhsulu istehsal edilir.

"Neft-kimya kompleksi 2019-cu ildə ümumilikdə 3,4 mln. ton məhsul istehsal etməklə rekorda imza atıb. 2020-ci ildə də bu uğurlu dinamikanın davam etdirilməsi planlaşdırılır. Dünyanın 78 ölkəsinə məhsul ixrac edən neft-kimya kompleksi məhsullarının yüksək keyfiyyəti ilə seçilir", - hesabatda qeyd edilir.

Məlumata görə, 2020-ci ildə "Petkim"də fəaliyyətin rəqəmsallaşdırılması və zavodların modernləşdirilməsinin davam etdiriləcəyi planlaşdırılır. Ötən il Türkiyədə yerləşən "Petkim" neft-kimya kompleksinə 120 mln. dollar investisiya qoyulub. Bu investisiyalar kompleksin işində müsbət əks olunub və əlavə gəlir gətirib.

(c)APA