SƏNAYE

20 Noyabr

TANAP tam nəqletmə gücünə 2022-ci ildə çatacaq

Gələn il Trans-Anadolu qaz kəməri (TANAP) ilə 12,2 mlrd. kubmetr həcmində qazın nəqli planlaşdırılır. 

Fins.az Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu TANAP konsorsiumunun baş direktoru Saltuk Düzyol deyib.

Onun sözlərinə görə, Türkiyə və Avropa üçün nəzərdə tutulan qazla birlikdə qaz kəməri ilə gələn il 12,2 mlrd. kubmetr qazın nəqli gözlənilir. TANAP-la qazın tam gücü ilə nəqli (16 mlrd. kubmetr) 2022-ci ildə mümkün olacaq.

S. Düzyol onu da qeyd edib ki, TANAP kommersiya məqsədli qazın Avropaya nəql etmək üçün tam hazırdır. 

Konsorsium rəsmisi istifadəyə veriləndən TANAP-la Türkiyəyə 7,5 mlrd. kubmetrdən çox qazın çatdırıldığını da vurğulayıb.

Hazırda TANAP-ın illik nəqletmə gücü 16 mlrd. kubmetrdir. Kəmərin nəqletmə gücü 31 mlrd. kubmetrədək artırıla bilər.