SƏNAYE

20 Noyabr

Azərbaycan İtaliyaya neft tədarükünü 1,2% azaldıb

Bakı, 20 noyabr Fins.az

2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan İtaliyaya 8,446,361,4 ton neft ixrac edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 1,2% azdır.

İtaliyaya çatdırılan neftin dəyəri 3 milyard 82 milyon 587,84 min dollar (azalma 26,1%) təşkil edib.

Ümumilikdə, 2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın neft ixracatının 38,7% -i İtaliyanın payına düşür.