SƏNAYE

18 Noyabr

 Azərbaycanda elektrik enerjisi istehsalı azalıb

Bakı, 18 noyabr Fins.az

2020-ci ilin on ayı üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, oktyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 1895,7 mln. kVt·st, ixracı 59,8 mln. kVt·st, idxalı 10,8 mln. kVt·st olub.  Fins.az xəbər verir ki, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə oktyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 24,7 mln. kVt·st, ixrac 14,5 mln. kVt·st, idxal isə 1,5 mln. kVt·st artıb.

Məlumata görə cari  ilin yanvar-oktyabr aylarında isə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 138,5 mln.kVt·st azalaraq 21301,3 mln. kVt·st olub. Hesabat dövründə ötən ilin 10 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 315,2 mln. kVt·st artaraq 20063,7 mln. kVt·st, SES-lərdə 455,0 mln. kVt·st azalaraq 946,4 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 1,2 mln. kVt·st artaraq 291,2 mln. kVt·st olub. Bu dövrdə Külək  Elektrik Stansiyalarında 82,82 mln. kVt·st, Günəş Elektrik 

Müəllif:Aynur Qəniyeva