SƏNAYE

13 Noyabr

Azərbaycanda streç-sarğı istehsalı zavodu açılacaq

"Bakı Polimer İstehsalat" MMC-yə AMEA-nın Yüksək Texnologiyalar Parkının (YTP) rezident statusu verilib.

YTP-dən  verilən məlumata görə, müəssisə streç-sarğılar istehsal etmək niyyətindədir.

İxrac və rəqabət qabiliyyətli çürüyən və çürüməyən streç-sarğı istehsalı üzrə ixtisaslaşan kompleksin yaradılması üzrə investisiya layihəsi əsasında YTP-də yaradılması nəzərdə tutulan zavod, Qafqaz coğrafiyasında 5 qat PE streç-sarğıları istehsal edən yeganə istehsalçı olacaq.

Streç filmlər məhsul və istehsal texnologiyası innovasiya yönümlü olduğundan bütün sənaye, xidmət sahələrində və məişətdə əhali tərəfindən qablaşdırmada istifadə edilə bilər.