ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyi (EIA) Azərbaycanda 2020-ci il üçün gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu dəyişməyib.
Fins.az xəbər verir ki, bu il Azərbaycanda orta gündəlik neft və digər maye karbohidrogenlər hasilatı 710 min barel səviyyəsində olacaq.
Bununla yanaşı, EIA Azərbaycanın 2021-ci ildə neft hasilatı üzrə proqnozunu azaldıb. Belə ki, gələn il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 730 min barel təşkil edəcək (oktyabr ayı üçün verilən proqnoza görə, bu göstərici 740 min barel təşkil etməli idi).
EIA-in göstəricilərinə əsasən, ötən il Azərbaycanda ortalama gündəlik neft hasilatı 780 min barel olub.