Bakı, 07 noyabr Fins.az
Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,04 dollar ucuzlaşaraq 39,94 dollar təşkil edib.
Qeyd edək ki, “qara qızıl”ın qiyməti qlobal miqyasda koronavirusa yoluxma hallarındakı artımın neft tələbatının bərpa prosesini ləngitdiyinə dair narahatlıqlar fonunda ucuzlaşır.