SƏNAYE

06 Noyabr

“SOCAR Ukraine” Ukrayna Müdafiə Nazirliyinə 3,5 min ton arktik yanacaq tədarük edəcək

“SOCAR Ukraine” şirkəti (Azərbaycan Dövlət Neft Şirkətinin törəməsi) Ukrayna Müdafiə Nazirliyinə 3,5 min ton arktika markalı dizel yanacağı tədarük edəcək. 

“Ukrayna Müdafiə Nazirliyi noyabrın 4-də“Lüks-Kraina” və “SOCAR Ukraine” şirkətlərini ümumilikdə 6,5min ton arktika markalı dizel yanacağının alınması üzrə tenderin qalibləri müəyyən edib. Birinci lotun qalibi “Lüks-Kraina” qiyməti hər ton üçün21,351min qrivna təşkil edən3min ton dizel yanacağı alacaq. “SOCAR Ukraine” ikinci lotun qalibi olub və hər ton üçün qiyməti21,5 min qrivna təşkil edən3,5 min ton dizel yanacağı alacaq. Resursun son tədarük müddəti - 2020-ci il 10 dekabrdır», - nəşr qeyd edir.

Həmçinin tenderdə “Qlusko Ukrayna”, “Ukrtatnafta”, “Fraqranta” və “Alyans Enerqo Treyd” şirkətləri iştirak edib.

“SOCAR Energy Ukraine” 2008-ci ildə Ukraynada fəaliyyətə başlayıb.Şirkət Ukraynada YDM şəbəkəsinə malikdir və 55 stansiyanı idarə edir

(c)İnterfaks Azərbaycan