SƏNAYE

06 Noyabr

Sumqayıtda yeni \"SOCAR” yanacaqdoldurma məntəqəsi istifadəyə verilib

Bu gün Sumqayıt şəhəri, 10-cu mikrorayon, Babək küçəsi 208 ünvanında "SOCAR” brendi altında yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib

Fins.az xəbər verir ki,bu barədə “SOCAR Petroleum” şirkətindən məlumat verilib.

"SOCAR Petroleum” QSC Azərbaycanda “SOCAR” brendi ilə yanacaqdoldurma məntəqələrinin (YDM) sayını 36-ya çatdırıb.Yeni istifadəyə verilmiş məntəqədə 5 yanacaqpaylayıcı kalonka quraşdırılıb. Beləliklə bu yanacaqdoldurma məntəqəsində “SUPER”, “Premium”, “A-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışı reallaşdırılacaq. Bununla da 8 kiçik avtonəqliyyat vasitəsi və iki iritutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb.