“Payn Avenyu A” ofis kompleksinin satılması Dövlət Neft Fondunun (ARDNF) Cənubi Koreyanın investisiya bazarından çıxması anlamına gəlmir. Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Fondu məlumat yayımlayıb.
“Bu sövdələşmə fondun Cənubi Koreyadan çıxmasını nəzərdə tutmur. Hazırda ARDNF-in investisiya portfelində daşınmaz əmlaka və özəl səhmlərə investisiya edən pay fondları vasitəsilə Cənubi Koreyaya yatırılmış investisiyalar var. Gələcəkdə ARDNF-in investisiya strategiyası, maliyyə bazarlarında davam edən tendensiyaların ətraflı təhlili nəzərə alınmaqla Cənubi Koreyaya investisiyalarında müəyyən dəyişikliklər, habelə onların payının artırılması baş tuta bilər”, - deyə məlumatda bildirilir.