Ermənistanın Dövlət Xidmətlərinin Tənzimlənməsi Komissiyasının sədri Qaregin Baqramyan Ermənistanın "Metsamor" AES-in 2021-ci ildə uzunmüddətli təmir və modernləşdirmə üçün dayandırılacağını deyib
Fins.az xəbər verir ki, məlumata görə Baqramyan jurnalistlərə bildirib ki, 2021-ci ildə planlanan genişmiqyaslı işlərə görə nüvə elektrik stansiyasının fəaliyyəti 140 gün dayandırılacaq. İşləmə müddətinin uzadılmasının son mərhələsinə yaxınlaşırıq və 2021-ci ilə qədər böyük bir iş planlaşdırılır və bu səbəbdən dayanma həmişəkindən daha uzun olacaq
2014-cü ildə Rusiya Federasiyası və Ermənistan arasında Ermənistan AES-in ömrünün 2026-cı ilə qədər uzadılması barədə hökumətlərarası müqavilə imzalayıb 2015-ci ilin fevralında isə bu məqsədlə 270 milyon dollar məbləğində dövlət krediti və 30 milyon dollarlıq qrant verilməsinə dair bir müqavilə imzalanmış və sonradan Ermənistan hökuməti Rusiya kreditinin bir hissəsini rədd etmişdir. və nüvə elektrik stansiyasının modernizasiyası üzrə işlərin davam etdirilməsi üçün 63,2 milyard dram yəni 130 milyon dollardan çox məbləğində büdcə krediti verilməsinə qərar verib.
Müəllif: Aynur Qəniyeva