SƏNAYE

28 Oktyabr

“Anglo-Asian Mining Plc.”işğaldan azad olunan Zəngilan rayonunda qızıl hasilatını planlaşdırır

Böyük Britaniyanın “Anglo-Asian Mining Plc.” şirkəti Ermənistanın işğalından azad olunan Azərbaycanın Zəngilan rayonu ərazisində yerləşən “Vejnəli” qızıl yatağında hasilata başlamağı planlaşdırır.

“Zəngilan rayonu Azərbaycanın cənub qərbində minerallarla zəngin bir rayondur. Şirkətin mövcud Hasilatın Pay Bölgüsü Sazişinin şərtlərinə əsasən, “Anglo-Asian Mining”in Əmirbəyli kəndi və Ağbənd qəsəbəsi yaxınlığında yerləşən “Vejnəli” qızıl yatağını istismar etmək hüququ var. Hələlik “Vejnəli” yatağında kəşfiyyatın və kommersiya işlərinin başlanması üçün vaxt qrafiki məlum deyil, bu rayona girişin və müqavilə sahəsinin təhlükəsizliyindən asılıdır. Şirkət təhlükəsizlik məsələləri həll olunduqdan sonra dərhal ərazidə işlərə başlamağı planlaşdırır», - şirkətin məlumatında deyilir.

Qeyd olunur ki, müqavilə sahəsi təxminən300kvadrat kilometri təşkil edir və Sovet Təsnifatına görə6,5ton qızıl (C1 + C2) və 2,3 ton qızılı (P1) olan “Vejnəli” yatağını əhatə edir.

“Lakin yatağın işlənilməsinə döyüş əməliyyatları dayandırıldıqdan və bölgənin təhlükəsiz olması barədə Azərbaycan hökumətinin bildirişindən sonra başlanılacaq. Məlumata görə, işğaldan azad edilmiş ərazilərdəki qızıl yataqları ilə bağlı müqavilə müddəti sıfırlanacaq. Bundan sonrakı müddətdə şirkətin müqavilə sahəsində5ilədək kəşfiyyat işləri, sonra isə iki dəfə5il uzadılma şərti ilə15il müddətində hasilat aparmaq hüququ var”, - məlumatda vurğulanır.

Həmçinin AAM –dən bildirilib ki, Ermənistan işğalı zamanı Zəngilan rayonunda təbii sərvətlər istismar olunub. “Vejnəli” yatağında isə minimum mədən işlərinin aparıldığına görə ziddiyətli məlumatlar mövcuddur.

“Lakin, AMM-nin məlumatına görə, orada minimum istismar aparılıb. Bun baxmayaraq, Azərbaycan hökumətinin ərazidəki mineral ehtiyatları hərtərəfli yoxlamaq və qiymətləndirmək niyyəti var”, - məlumatda deyilir.

AAM-nin məlumatına görə, Azərbaycanın işğal altında olan ərazilərində şirkətin müqavilə sahəsinə daxil olan “Söyüdlü” və “Qızılbulaq” yataqları da var. “Şirkət bu sahələr üzrə də məlumatları izləməkdədir və səhmdarlarına məlumat verir”, - məlumada qeyd olunur.

20 oktyabr 2020-ci il tarixində Azərbaycan prezdenti İlham Əliyev Ermənistan sərhəddə Zəngilan şəhərinin erməni işğalından azad olunduğunu elan edib.

Hazırda “Anglo Asian Mining” “Gədəbəy” müqavilə sahəsində iki açıq mədəndən (“Gədəbəy” və “Uğur”) və bir yeraltı mədəndən (“Qədir”) qızıl, gümüş və mis hasil edir.

Şirkət qeyd edir ki, 2020-ci il üçün Azərbaycanda 75-80 min unsiya qızıl ekvivalenti həcmində qiymətli metal hasilatı üzrə proqnozu dəyişməyib və gəlirlər üzrə proqnozu cari qiymətlərlə $100 milyondan artıq həcmdə saxlayı