SƏNAYE

06 Mart

“AzerGold” QSC-nin nümayəndələri MATSA mədəni ilə tanış olub

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədr müavini Xəyyam Fərzəliyevin rəhbərliyi ilə nümayəndə heyəti dünya bazarında ən böyük özəl metal tədarükçüsü olan Trafigura şirkətinin dəvəti əsasında İspaniya Krallığında səfərdə olub.

Fins.az xəbər verir ki, bu barədə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti məlumat yayımlayıb 

Məlumatda bildilir ki, səfərin məqsədi MATSA (Minas de Aguas Teñidas) yatağı ilə tanışılıq, dağ-mədən sahəsində tətbiq olunan qabaqclıq texnologiyanın öyrənilməsi və işgüzar əlaqələrin genişləndirilməsindən ibarətdir.

    Qeyd olunur ki, səfər çərçivəsində Huelva şəhərində yerləşən MATSA mədəninə baxış keçirilib, mis, sink və qurğuşun konsentratlarının istehsal prosesini izlənilib. Cəmiyyətin nümayəndələri daha sonra şirkətin dağ-mədən sahəsində mövcud maddi-texniki bazası, eləcə də fabrik və laboratoriyada yaradılan şəraitlə tanış olublar. Keçirilən ikitərəfli görüşdə MATSA polimetal yatağının Balakən rayonunda yerləşən Filizçay yatağı ilə oxşar cəhətlərə malik olduğu bildirilib. Qeyd olunub ki, bu yataq filiz ehtiyatlarının həcminə görə Avropanın ən iri yataqlarındandır və dünya üzrə polimetal yataqlarının ilk onluğuna daxildir. “AzerGold” QSC-nin bu yatağı yaxın gələcəkdə istismara verəcəyini nəzərə alaraq, Trafigura şirkəti ilə işgüzar əlaqələrin genişləndirilməsinin səmərəli əməkdaşlıq üçün mühüm töhfələr verə biləcəyi vurğulanıb.

Qeyd edək ki, Trafigura dağ-mədən sahəsilə yanaşı, korbohidrogen məhsullarının satışı və logistika sahəsində də fəaliyyət göstərir. Şirkətin mədənçilik qanadı olan “Trafigura Mining Group” mədən əməliyyatlarını idarə edir, əlvan metal filizi yataqlarının öyrənilməsi, geoloji kəşfiyyat, mövcud və potensial layihələrin texniki auditi ilə məşğul olur. Müəssisənin ən böyük mədən sahəsi olan MATSA yatağının istismarına 1997-ci başlanılıb. Hasilat Birləşmiş Ərəb Əmirliklərinin Mubadala İntevestiya şirkəti ilə ortaq fəaliyyət çərçivəsində aparılır.