SƏNAYE

06 Mart

SOCAR mart ayında Odessa vasitəsilə Belarusa 250 min ton neft nəql edəcək

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) mart ayında Odessa limanı və “Odessa-Brodı” neft kəməri vasitəsilə Belarusa ümumi həcmi 250 min tona yaxın üç partiya neft nəql edəcək. Bu barədə “ “Belneftexim” konserninin mətbuat xidmətindən məlumat verilir.

“Socar Trading” ilə mart ayında Pivdennıy limanına (Odessa vilayəti) 250 min tona yaxın üç partiya neft nəqlinə dair razılıq var. Daha sonra neft “Odessa-Brodı” neft kəməri ilə Mozır NEZ-ə nəql ediləcək”, - mətbuat xidmətinin nümayəndəsi bildirib