SƏNAYE

06 Mart

Bitkilərin Emalı və Qurudulması Fabriki işə düşüb

İlk dəfə olaraq Tovuzda “ASAN Həyat” kompleksində “ABAD Factory” Bitkilərin Emalı və Qurudulması Fabriki inşa olunub.

 

Azərbaycan Prezidenti İlham Əliyev fabriki işə salıb.

 

“ABAD” publik hüquqi şəxsin Tovuz “ABAD Factory” fabriki 2019-cu ildə inşa edilib. Müasir standartlara cavab verən və Azərbaycanda ilk dəfə tətbiq ediləcək avadanlıqlarla təchiz olunan bu fabrikin fəaliyyəti ölkəmizə həm sosial, həm də iqtisadi faydalar gətirəcək. Belə ki, fabrikdə rəqabətqabiliyyətli, ixracyönümlü 80 adda məhsulun istehsalı nəzərdə tutulur. Mövsümdən asılı olaraq fabrikdə 30-100 yerli vətəndaş çalışacaq ki, bu da öz növbəsində regionda məşğulluğun təmin edilməsinə əlavə töhfə verəcək.