SƏNAYE

06 Mart

Nazir: OPEC ölkələri neft hasilatının azaldılması ilə bağlı vahid mövqe ortaya qoyacaq

OPEC-in üzv ölkələri dünyada yayılmış koronavirus fonunda neft hasilatının azaldılması ilə bağlı vahid mövqe ortaya qoyacaq. bunu Birləşmiş Ərəb Əmirliklərinin Energetika naziri Süheyl əl-Mazrui deyib.O, əmin olduğunu bildirib ki, günün sonunadək nazirlər ümumi qərar edə biləcəklər.Nazir əlavə edib ki, OPEK+ nazirlər komitəsinin bütün üzvləri hasilatın azaldılması sazişi üzrə tövsiyələrlə bağlı razılığa gəlib.

Qeyd edək ki, martın 5-6-da Vyanada OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 8-ci görüşü keçiriləcək.