SƏNAYE

05 Mart

Baş nazir: Azərbaycan külək enerjisi sahəsində Rostov vilayətinin təcrübəsini öyrənəcək

Azərbaycan Rostov vilayəti ilə birlikdə nəqliyyat-logistika infrastrukturunu inkişaf etdirəcək.

Azərbaycanın baş naziri Əli Əsədov və Rostov vilayətinin qubernatoru Vasili Qolubev çərşənbə günü Bakıda nəqliyyat-logistika infrastrukturunun inkişafı üzrə qarşılıqlı əlaqələr məsələlərini müzakirə edəcəklər. Bu barədə qubernatorun mətbuat xidməti məlumat verir.

“Görüş zamanə Əsədov məlumat verib ki, Azərbaycan prezidenti İlham Əliyev hökumət strukturlarına Rostov vilayəti ilə nəqliyyat-logistika infrastrukturunun birgə inkişafı üzrə işlərə başlamağı tapşırıb”, - məlumatda qeyd olunur.

Həmçinin Əsədov qeyd edib ki, Azərbaycan ASK, həmçinin kənd təsərrüfatı maşınqayırma sahəsində Rostov vilayəti ilə əməkdaşlığın davam etdirilməsində maraqlıdır. Rostov vilayətində alternativ enerji sahəsində reallaşdırılan layihələr böyük maraq doğurub.

Görüşün yekunları üzrə Əsədov Azərbaycan İqtisadiyyat Nazirliyinə külək enerjisi sahəsində Rostov vilayətinin təcrübəsini öyrənməyi tapşırıb. O cümlədən, Rostiov vilayəti ilə Azərbaycan arasında nəqliyyat-ixrac dəhlizinin inkişafı üzrə qarşılıqlı əlaqələrin təşkil olunması tapşırılıb.