SƏNAYE

05 Mart

Azərbaycan neftini kim alır ?

Neft sektoru Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin və ticarət balansının müsbət saldosunun formalaşmasında aparıcı rol oynayır. 2019-cu ilin yekunları üzrə Azərbaycanın bütün ixracının 75,45%-i neft ixracının payına düşüb.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2019-cu il ərzində Azərbaycandan $14 mlrd. 814 mln. 132,71 min məbləğində bəyan edilmiş neft ixracı 30 mln. 837,085 min ton təşkil edib. 2018-ci ilin analoji dövrü ilə müqayisədə bəyan edilmiş ixracın həcmi 4,5% artıb. Dəyər ifadəsində azalma 5,8% təşkil edib, bu da 2019-cu ildə dünya bazarlarında neftn qiymətinin 2018-ci illə müqayisədə aşağı olması ilə əlaqədardır.

 2019-cu ilin 9 ayı ərzində coğrafi strukturu, tədarük həcmi və xaricdə neft satışından gəlirlər daxil olmaqla, Azərbaycan neftinin ixracı üzrə yeni icmal hazırlayıb.

Azərbaycan neftinin ixrac coğrafiyasını diqqətlə izləməyə davam edir, çünki nəinki ökənin ümumi neft ixracının həcmi və əldə olunan gəlir, həm də Azərbaycandan neft alıcılar olan ölkələr maraq kəsb edir.

Rəsmi mənbələrdən əldə olunan 2019-cu ilin məlumatının təhlili göstərir ki, Azərbaycanın “qara qızılı” əsasən Avropa və Asiya ölkələrə ixrac olunub. Azərbaycan neftininn alıcıları siyahısında aşağıdakı ölkələr yer alır: Rusiya (çox az həcmdə - İF), Ukrayna, Almaniya, Avstraliya, Böyük Britaniya, Çexiya, Vyetnam, Yaponiya, Yunanıstan, Rumıniya, Avstriya, Bolqarıstan, Xorvatiya, Niderland, Tayland, Tayvan, Türkiyə, İtaliya, İspaniya, Fransa, Kanada, Hindistan, Çin, İsrail, Portuqaliya.

Eyni zamanda, 2019-cu ildə Azərbaycandan neft idxalının həcmi üzrə 2018-ci illə müqayisədə$5,8 milyard dəyərində neft alanİtaliya qalır. Ümumilikdə, bir il əvvəl olduğu kimi, Avropa ölkələri Azərbaycan neftinin ən iri alıcıları olaraq qalırlar. Buna baxmayaraq, Asiya ölkələri Azərbaycan neft alışının həcmlərini artırırlar. Ötən il əsas alıcıların TOP-10-na Hindistan (üçüncü yer) və Çin (altıncı yerdə qərarlaşıb) daxil olub. Həmçinin, ötən il Çin Azərbaycandan neft alışını 10 dəfə artırıb!!!

Bundan əlavə, Türkiyə, İspaniya, Böyük Britaniya, Xorvatiya Azərbaycandan neft idxalını mühüm dərəcədə artırıb.

Həmçinin, Kanada və Tayvan, Portuqaliya Azərbaycan neftinin alışını dəfələrlə azaldıb. Ukraynaya neft nəqlində də bir qədər azalma qeydə alınıb.

2019-cu ildə ABŞ və İndoneziya Azərbaycan neftinin idxalçıları sırasından çıxıb. Lakin təcrübə göstərir ki,“

müqəddəs yer boş qalmır”, artıq 2020-ci ildə bir neçə il fasilədən sonra Belarus Azərbaycan neftinin alıcıları siyahısına daxil oldu. Yeri gəlmişkən, Belsrus Azərbaycandan qara qızılın uzunmüddətli nəqlinə ümid edir. Artıq Azərbaycandan 1 milyon ton neft almağa hazır olduğunu bəyan edib, ilk nəql bu günlərdə baş tutacaq.

Azərbaycan neftinin əsas idxalçılarının siyahısı aşağıda verilmişdir:

2018-ci ildə ölkələr üzrə neft ixracına dair məlumatlar

2018-ci il

Ölkə

Həcm (ton)

Dəyər (min)

İtaliya

10 716 104,59

$5 834 710,34

İsrail

2 552 046,55

$1 307 983,67

Çexiya

1 769 443,47

$ 936 395,85

Hindistan

1 497 125,57

$817 679,14

Almaniya

1 408 911,73

$756 900,81

Tayvan

1 342 193,66

$714 087,91

İndoneziya

1 148 665,17

$597 350,55

Kanada

1 143 676,57

$600 460,6

Portuqaliya

970 957,43

$527 759,13

Fransa

810 451,16

$433 882,14

İspaniya

774 200,69

$394 231,9

ABŞ

639 320,16

$309 550,57

Avstiya

628 513,44

$328 381

Böyük Britaniya

454 370,94

$241 975,56

 

2019-cu ildə ölkələr üzrə neft ixracı

 

2019-cu il

2018-ci illə müqayisədə

Ölkə

Həcm (ton)

Dəyər (min)

Miqdar
ifadəsində

Dəyər ifadəsində

İtaliya

11 470 595,61

$5536 752,34

+7%

-5,1%

İsrail

2 777 971,69

$ 1 328 417,04

+8,85%

+1,6%

Hindistan

1 934 861,98

$952 928,99

+29,2%

+16,5%

Almaniya

1 919 973,96

$905 730,41

+36,3%

+19,6%

İspaniya

1 489 891,29

$701 714,48

+ 1,9 dəfə

+77,9%

Çin

1 414 187,91

$714 127,51

+ 10,3 dəfə

+ 9,5 dəfə

         
Çexiya

1 336 960,54

$645 970,38

- 24,5%

-31,1%

Fransa

1 078 087,05

$528 008,32

+ 33%

+21,7%

Türkiyə

970 054,12

$417 087,03

+ 1,98dəfə

+83,2%

Böyük Britaniya

906 807,84

$435 717,04

+ 1,99 dəfə

+80,1%

Xorvatiya

889 401,71

$436 046,12

+ 96,1%

+77,4%

Portuqaliya

746 181,16

$353 196,51

-23,2%

-33,1%

Tayland

735 684,08

$359 330,56

+3,1 dəfə

+2,5 dəfə

Ukrayna

585357,73

$279716,24

-1,1%

-9,9%

Tayvan

565 188,97

$262 099,97

-57,9%

-63,3%

Kanada

269 355,97

$136 652,24

-4,2 dəfə

-4,4 dəfə

 

©“İnterfaks-Azərbaycan”