SƏNAYE

28 Fevral

Neft Fondunun aktivləri 43 mln dollardan çox olub

2020-ci il yanvarın 1-nə Fondun aktivləri 2019-cu ilin əvvəlinə (38 515,2 milyon ABŞ dolları) nisbətən 12,48% artaraq 43 323,3 milyon ABŞ dollarına bərabər olub

Fins.az xəbər verir ki, aktivlərin artımı ARDNF-nin büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub.Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınmışdır. Belə ki, səhm alt portfeli üzrə ötən ilki mənfi gəlirliliyə baxmayaraq (-6,6%) 2019-cu il ərzində müvafiq göstərici 21,5% (özəl səhmlər daxil olmaqla) təşkil etmişdir.

Müəllif: Aynur Qəniyeva