Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2019-cu il ərzində ARDNF-nin büdcə gəlirləri 19 030,6 milyon manat, büdcə xərcləri isə 11 588,6 milyon manat təşkil edib
Fins.az xəbər verir ki, bu barədə Neft Fondundan məlumat verilib
Məlumatda bildilir ki, 2019-cu il ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 15 404,7 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 14 614,7 milyon manat, bonus ödənişləri 766,4 milyon manat, akrhesabı ödənişləri 4,7 milyon manat, tranzit gəlirləri 18,9 milyon manat təşkil etmişdir.
Ötən il ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 3 625,9 milyon manata bərabər olmuşdur ki, bu da ümumi gəlirlərin 19,1%-ni təşkil edir.