SƏNAYE

26 Fevral

Ekspert: Azərbaycan 2030-cu ilə qədər İtaliyaya qaz tədarükü bazarında 12% paya malik olacaq

2030-cu ildə İtaliyaya qaz tədarükündə Azərbaycanın payı 12% təşkil edəcək. Bu, “Qazprom eksport” MMC-nin Müqavilələrin strukturlaşdırılması və qiymətqoyma İdarəsinin rəisi Sergey Komlevin təqdimatında öz əksini tapıb.

“Qazprom” hazırda İtaliyaya qazın əsas tədarükçüsüdür – idxalda onun payı 31% təşkil edir. Bu pay 2010-cu ildən etibarən demək olar ki, iki dəfə artıb, 2013-cü ildə isə 40%-ə çatıb. İtaliya Rusiya qazının Almaniyadan sonra ikinci ən böyük alıcısıdır.

2030-cu ildə Rusiya (30%), Əlcəzair (23%), LNG (20%), Azərbaycan (12%), Liviya (12%) və digər təchizatçılar (3%) İtaliyaya qazın əsas tədarükçüləri olaraq qalacaq