SƏNAYE

26 Fevral

2020-ci ilin sonunadək SOCAR Ukraynada vətəndaşlara xidmət göstərmək üçün böyük mərkəz açacaq

2020-ci ilin sonunadək Ukrayna SOCAR şirkəti (ARDNŞ) ilə birlikdə Çonqar nəzarət-buraxılış məntəqəsində vətəndaşlara xidmət göstərmək üçün böyük hub açacaq. Bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.

“Cari ilin sonuna qədər dövlət SOCAR şirkəti ilə birgə “Çonqar”da vətəndaşlara xidmət üçün böyük mərkəz açacaq. Orada inzibati zidmətlərinin göstərilməsi üçün tammiqyaslı mərkəz, istirahət zonası və digər mühüm obyektlər yerləşəcək”, - Zelenski çərşənbə günü Kiyevdə "Age of Crimea 2020" forumunda bildirib.

Həmçinin, Xelenski xatırladıb ki, Krım köçkünləri üçün 500 mənzilin tikintisinə dəstəklə bağlı Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla razılıq var. “Bu yaxınlarda tikinti sahələrinin müəyyənləşdirilməsi məqsədilə Türkiyə tərəfinin nümayəndələri Ukraynaya səfər edəcəklər”, - Zelenski bildirib.