SƏNAYE

27 Fevral

Bakıda “Argus beynəlxalq neft sammiti” keçiriləcək

Bakıda 12- 13 mart tarixlərində Azərbaycan Respublikası Neft Şirkəti (SOCAR)  və Argus müstəqil qiymətləndirmə agentliyi tərəfindən təşkil edilən “Argus beynəlxalq neft sammiti” keçiriləcək.

Fins.az xəbər verir ki, sammitdə neft sahəsində ixtisaslaşan regional şirkətlər və dövlət orqanları iştirak edəcəklər. Konfrans iştirakçıları ticarət, logistika marşrutlarının xüsusiyyətlərini nəzərdən keçirəcək, neft, neft məhsulları və neft-kimya məhsullarının ixracı imkanlarını müzakirə edəcəklər. Xəzər bölgəsi ölkələrinin daxili bazarlarında edilən yeniliklər, nəqliyyat və neft emalı infrastrukturunun genişləndirilməsi və modernləşdirilməsi də konfransın müzakirə mövzularından biri olacaq.

 Müəllif: Aynur Qəniyeva