SƏNAYE

24 Fevral

Koronavirus qızıl və digər əlvan metalların qiymətinə təsir edibmi?

“AzerGold" QSC dünyanın cənginə alan koronavirusun qızıl və digər əlvan metalların qiymət artımına münasibət bildirib.

Fins.az-ın məlumatına görə, cəmiyyətin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib ki, dünya birjalarında qızılın və digər əlvan metalların qiyməti həm tələbat, həm də başqa geosiyasi vəziyyətlərlə bağlı dəyişir.

"Hazırda dünya birjalarında qızılın qiymətində artım müşahidə edilir. Buna səbəb də investorların qızılı ehtiyat üçün almasıdır. Məhz bu, tələbatı artırıb. Biz 2020-ci il üçün büdcəni formalaşdıranda bir neçə qiymət proqnozlaşdırmışdıq. Hazırda isə qızılın qiyməti bizim proqnozlarımızdan yuxarıdır", - o bildirib.

©report