Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 63,5 mln. ABŞ dolları dəyərində metanol ixrac edib, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 76% çoxdur.
Fins.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”da məlumat yayımlanıb
Məlumatda bildirilir ki,2018-ci ilin eyni dövründə ölkə 36,1 mln. dollar dəyərində metanol ixrac edib.