SƏNAYE

27 Dekabr

Ceyhan terminalından bu il neftlə yüklənmiş 293 tanker yola salınıb

Türkiyənin "BOTAS International Limited" (BIL) şirkəti tərəfindən Ceyhan neft terminalından bu günədək 3,36 mlrd. bareldən çox neft yola salınıb.

Bu barədə BIL-dən bildirilib.

Qeyd edək ki, Ceyhan limanından Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqlarından hasil edilən neft dünya bazarlarına çıxarılır.

Məlumata görə, hesabat dövründə terminaldan 4 378 tanker AÇG nefti ilə yüklənilib. Bu il (dekabrın 27-nə olan vəziyyətə görə) Ceyhan neft terminalından 230,79 mln. barel neft və 293 tanker yüklənilib.

Xatırladaq ki, BIL 2001-ci ildən etibarən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə ərazisində istismarı ilə məşğul olur.

© APA