SƏNAYE

26 Dekabr

Xəzəryanı dövlətlər nərəkimilərin kommersiya məqsədi ilə ovlanmasına qoyulan qadağanı 2020-ci ilədək uzadıb

Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan Xəzər dənizində nərəkimilərin kommersiya məqsədi ilə ovlanmasına qoyulan qadağanı 2020-ci ilədək uzadıb. Bu barədə Rusiyanın Balıqçılıq üzrə Federal Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

“Beş Xəzəryanı dövlət nərəkimilərin sənaye məqsədi ilə ovlanmasına qoyulan moratoriumun uzadılması ilə bağlı razılığa gəlib. Qərar dekabrın 23-dən 25-dək Tehranda keçirilmiş Xəzər dənizinin su bioloji resurslarının mühafizəsi və səmərəli istifadəsi üzrə Komissiyanın üçüncü iclasının protokolunda öz əksini tapıb. İclasda Rusiya, İran, Azərbaycan, Qazaxıstan və Türkmənistanın nümayəndə heyətləri iştirak edib", - deyə məlumatda bildirilir.

"Xəzəryanı dövlətlərin nümayəndələri 2020-ci il üçün su bioloji resurslarının ovlanma həcminə dair tövsiyələri razılaşdırıb və Xəzər dənizində nərəkimilərin kommersiya məqsədi ilə ovlanmasına qoyulan qadağanın müddətini uzadıblar", - deyə məlumatda qeyd olunur.*