SƏNAYE

18 Dekabr

2019-cu ildə “Şahdəniz” yatağında qaz hasilatı 44% artacaq

2019-cu ildə BP şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda “Şahdəniz” yatağından 16,6 milyard kubmetr səviyyəsində qaz hasilatı gözləyir. Bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli məlumat verib.

“Bu il yataqdan 16.6 milyard kubmetr həcmində qaz hasilatı gözləyirik”, - Aslanbəyli çərşənbə günü jurnalistlərə bildirib.

Xəbər verildiyi kimi, 2018-ci ildə “BP-Azerbaijan” şirkəti “Şahdəniz” yatağından 11,5 mlrd. kubmetr qaz və 2,5 mln. ton kondensat hasil edib. Beləliklə, 2019-cu ildə hasilatın artımı 44,3% təşkil edəcək.

O cümlədən, Aslanbəyli məlumat verib ki, proqnozlara əssasən, 2022-2023-cü illərdə “Şahdəniz” yatağında 24 milyard kubmetr həcmində pik səviyyədə qaz hasilatı gözlənilir Öncə SOCAR şirkətinin yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov bəyan edib ki, ARDNŞ 2019-cu ildə “Şahdəniz” yatağından 19 mlrd. kubmetr həcmində qaz hasil olunacağını gözləyir, 2021-ci ildə hasilat 24 mlrd. kubmetrədək artacaq.

Öncə hökumət 2019-cu ildə “Şahdəniz” yatağından qaz hasilatını 17 mlrd. 389 mln. kubmetr həcmində proqnozlaşdırıb.

“BP-Azerbaijan” şirkəti 2019-cu ilin yanvar-sentyabr aylarında “Şahdəniz” yatağından 12,4 mlrd. kubmetr qaz və 2,6 mln. ton kondensat hasil edib. Hazırda “Şahdəniz” yatağında mövcud hasilat sisteminin gücü ildə təxminən 20 mlrd. kubmetr və ya sutkada 56 mln. kubmetr qaz təşkil edir 2018-ci ildə “BP-Azerbaijan” şirkəti “Şahdəniz” yatağından 11,5 mlrd. kubmetr qaz və 2,5 mln. ton kondensat hasil edib.

“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.

Hazırda “Şahdəniz” yatağından qaz hasilatı “Alfa” və “Bravo” platformalarından həyata keçirilir