SƏNAYE

18 Dekabr

Azərbaycanda tütün və içki – İSTEHSALI ARTIB

Azərbaycanda tütün və içki istehsalı artıb

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2018-cii ilin yanvar-noyabr ayları ilə müqayisədə tütün məmulatlarının istehsalında 55,7 faiz, içki istehsalında 40,0 faiz, qida məhsullarının istehsalında isə 10,4 faiz artım müşahidə olunub. 

Bu sahələrin əsas məhsullarından kolbasa məmulatları 47,7 faiz, qənd və şəkər tozu istehsalı 37,8 faiz, qaymaq və xama istehsalı 22,6 faiz, cem və marmeladların istehsalı 11,0 faiz, alkoqolsuz içkilərin istehsalı 12,5 faiz artıb.