SƏNAYE

17 Dekabr

İlham Əliyev: "SOCAR Ukraynada fəaliyyətini genişləndirəcək"

SOCAR şirkəti (ARDNŞ) Ukraynada öz fəaliyyətini genişləndirəcək. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.

“Bu gün prezident Vladimir Zelenski ilə SOCAR-ın Ukraynada fəaliyyətinin genişləndirilməsinə dair razılığa gəldik. Bu günə Ukraynada “SOCAR” brendi ilə 60 YDM və 4 neft bazası fəaliyyət göstərir”, - Əliyev çərşənbə axşamı Ukrayna lideri ilə mətbuata birgə bəyanatlarla çıxışı zamanı bildirib.

Öz növbəsində, Zelenski qeyd edib ki, Ukrayna tərəfi SOCAR-ın bu ölkədə fəaliyyətinin genişləndirilməsinə hər vasitə ilə yardım etməyə hazırdır.

“SOCAR Energy Ukraine” 2008-ci ildə Ukraynada fəaliyyətə başlayıb. 2009-cu ilin əvvəlində Ukraynanın pərakəndə yanacaq bazarı ətraflı şəkildə öyrənildikdən sonra “SOCAR Energy Ukraine” bu ölkədə yanacaqdoldurma şəbəkələrinin yaradılması və inkişaf etdirilməsinə qərar verib.