SƏNAYE

17 Dekabr

Azərbaycan qara metal ixracını kəskin azaldıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 54 777,74 min ABŞ dolları dəyərində 90 634,15 ton qara metallar və onlardan hazırlanan məmulatları ixrac edib.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayımlayıb 

Məlumat da bildirilir ki, hesabat dövründə Azərbaycanın ixrac etdiyi qara metallar və onlardan hazırlanan məmulatlarının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 30,6%, həcmi isə 21,5% azalıb