SƏNAYE

17 Dekabr

“Azərbaycan Dəmir Yolları” Gəncə-Ağstafa xəttində cərəyan rejimini dəyişir

“Azərbaycanın dəmir yollarında sabit cərəyandan dəyişən cərəyana keçid baş verir”.

Fins.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında deyib.

“Elektrik qatarlarının marşrutunu Ağstafaya qədər uzatmaq istəyirik. Bunun üçün yeni qatarlar gətirmişik və onlar ikili sistemdə çalışır. Böyük Kəsikdən Gəncəyə qədər olan ərazinin dəyişən cərəyana keçirillməsi 5-6 ay tələb edir. Çalışacağıq ki, 2 ay ərzində Ağstafaya gedən qatarların sürətini tənzimləyək. Ağstafadan Qazaxa 15 km-lik məsafə var. Düşünürəm ki, Ağstafa yolu yaxşı işləsə Qazax sakinləri də bu yoldan istifadə edə bilərlər. Qazax stansiyasına qədər hələlik elektrik qatarları istifadəyə verilmir, çünki o yol intensiv deyil və xərcləri var. Stansiya öz xərcini ödəmədiyi üçün bu məsələ bir qədər çətindir”, - o qeyd edib.