RƏSMİ

18 Noyabr

İcmal büdcədə 10 aylıq profisit 8,269 milyard manat təşkil edib

Bu ilin yanvar-oktyabr ayları ərzində icmal büdcənin gəlirləri 40,961 milyard manat təşkil edib.

Finss.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu göstərici on aylıq proqnozu 3 946,5 milyon manat və ya 10,7% üstələyib.

Məlumata əsasən, 2025-ci ilin 10 ayı ərzində icmal büdcənin xərcləri 32,692 milyard manat məbləğində icra edilib.

Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 872,7 milyon manat və ya 2,7% çoxdur.

Nəticə etibarilə, bu ilin ilk 10 ayında icmal büdcədə 8,269 milyard manat profisit yaranıb.

Fuad Mədətov
Finss.az