RƏSMİ

22 Oktyabr

Azər Bayramov: Son 20 ildə Azərbaycanın icmal büdcəsi 17 dəfədən çox artıb

Finss.az - Maliyyə nazirinin müavini Azər Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin elmi-praktik konfransında bildirib ki, son 20 ildə Azərbaycanın icmal büdcəsinin gəlirləri 14 dəfə, xərcləri isə 17 dəfədən çox artıb.

Nazir müavini qeyd edib ki, bu dövrdə adambaşına büdcə xərcləri 14 dəfədən çox artıb, bu isə iqtisadi inkişafın və dövlət siyasətinin nəticəsi kimi qiymətləndirilir.

Bundan əlavə, Azər Bayramov bildirib ki, 2003-cü ildə dövlət borcunun 89%-i xarici, 11%-i daxili borcun payına düşürdüsə, bu gün 33%-i xarici, 67%-i daxili borcun payını təşkil edir.